Bakıda yanğınla bağlı yolda məhdudiyyət qoyulub

Bakıda yanğınla bağlı yolda məhdudiyyət qoyulub
  26 Avqust 2024    Oxunub:513
Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində yanğın baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bu səbəbdən metronun “Nərimanov” stansiyası istiqamətində yolda məhdudiyyət tətbiq edilib.

Qeyd edək ki, FHN-in "112" telefon qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində 5 mərtəbəli yataqxana binbasında yanğın olması barədə məlumat daxil olub.

Yanğından mühafizə bölmələri dərhal əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində mənzildə baş verdiyi müəyyənn edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti