Hotellərə xəbərdarlıq
Hər iki qurumun rəhbər heyətinin iştirakı ilə keçirilən görüşdə bu istiqamətdə yaxın müddətdə görüləcək işlər haqqında fikir mübadiləsi edilib. Bildirilib ki, “Reklam haqqında” qanunda da qeyd olunduğu kimi reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.
İclasda DTA tərəfindən Bakı, Abşeron və Sumqayıtdakı hotellərə ulduz dərəcələrinin təyin edilməsi və sertifikatlaşdırılması prosesinin yekunlaşdığı vurğulanıb.
Qeyd edilib ki, hotel sahibləri açıq məkanda reklam yerləşdirməyə icazə alınması üçün “hotel” kimi fəaliyyət göstərdikləri və ulduz kateqoriyası ilə bağlı qanunvericiliyə uyğun olaraq əldə edilmiş sertifikatlarını ADRA-ya təqdim etməlidirlər.
AzVision.az
Teqlər: