Milli parklarda gözlənilən hava şəraiti

Milli parklarda gözlənilən hava şəraiti
  26 Avqust 2024    Oxunub:489
Avqustun 26-dan sentyabrın 2-dək milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Göygöl milli parkında sabit, əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-29° isti olacaq.

Şahdağ Milli Parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-32° isti olacaq.

Altıağac Milli Parkına gəlincə, səfalı bölgəyə getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti , gündüz 22-27° isti olacaq.

Samur –Yalama Milli Parkında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-33°isti olacaq.

Şirvan Milli Parkında sabit, əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq.

Ağgöl Milli Parkında isə havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq.

Qızılağac Milli Parkında səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq.

Hirkan milli parkında isə əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 19-u və 20-də gündüz saatlarında qısamüddıtli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-33° isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti