Sektor müdiri: “Gənclərimiz Qarabağda qalib xalqın nümayəndəsi kimi səs verəcəklər”

   Sektor müdiri:    “Gənclərimiz Qarabağda qalib xalqın nümayəndəsi kimi səs verəcəklər”
  26 Avqust 2024    Oxunub:528
“Müasir dövrün çağırışlarına yüksək səviyyədə cavab verən gənclərimiz yetişib. Onlar İkinci Qarabağ müharibəsində öz sözlərini deyiblər. Vətən müharibəsindən sonra baş verən bir sıra mühüm proseslərdə də aparıcı qüvvə Azərbaycan gəncliyi oldu. Fevral ayında keçirilmiş prezident seçkilərində olduğu kimi, sentyabrın 1-də təşkil olunacaq parlament seçkilərində də gənclərimizin fəal olacağına əminəm”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Bakı şəhəri Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev deyib.

O qeyd edib ki, sentyabrın 1-də keçmiş məcburi köçkünlərin indi doğma el-obasında səs verməsi sevindirici faktıdr: “Düzdür, qarabağlılar öz obalarında ilk seçkini fevralda keçirdilər. Amma budəfəki seçki də parlament tarixinə düşəcək bir hadisə olacaq. Gənclərimiz qurub yaradacaqları doğma Qarabağ torpaqlarında ilk dəfə deputatlarını seçəcəklər. Yerli sakinlərin seçki prosesində fəallıq göstərəcəyi şübhəsizdir. Biz regionda lider olan xalq və dövlətik. Gələcək nəsillər üçün elə bir tarix qoyacağıq ki, on il, əlli il sonra da Xankəndidə səs verəcək Azərbaycan gənci bunu fəxrlə edəcək”.

AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti