QHT nümayəndəsi: “Bu tarixi seçkilərə öz töhfəmizi verəcəyik”

   QHT nümayəndəsi:    “Bu tarixi seçkilərə öz töhfəmizi verəcəyik”
  26 Avqust 2024    Oxunub:442
“Tədbirlərdə, çıxışlarımızda QHT-lərin bir gün işğaldan azad olunan ərazilərdə də layihələr həyata keçirəcəyini dilə gətirirdik. Artıq bu, arzu deyil, reallıqdır. Qarabağda nəinki sosial tədbirlər, hətta seçkilər də təşkil olunur. Biz tarixi günlərə şahidlik edirik. Əminəm ki, öz doğma kənd və rayonlarına qayıdan qarabağlılar seçkilərdə aktiv iştirak edəcəklər. Çünki onlar bu günü çoxdan gözləyirdilər”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında "Leykozlu Uşaqlara Dəstək" İctimai Birliyinin sədr müavini Emin Nəbili deyib.

QHT sədri qeyd edib ki, parlament seçkilərində ictimai birliklər də aktivlik göstərəcəklər: “İşğaldan azad edilən ərazilərdə aparılan sürətli tikinti-quruculuq işləri ilə yanaşı Qarabağda seçki keçirmək dövlətimizin qüdrətinin göstəricisidir. Parlament seçkilərində bütün respublika üzrə müşahidə aparmaq üçün vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5100 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib. Biz də bu tarixi anlara öz töhfəmizi verəcəyik. Seçki prosesi ümumxalq işidir. Bu mənada gəncindən tutmuş, ahılına, ziyalısına qədər hər kəs sentyabrın 1-də fəal olmalıdır. Bölgədə təkcə seçki ilə bağlı siyasi hadisə baş vermir, həm də bayram yaşanır”.
AzVision.az



Teqlər:





Xəbər lenti