Astaranın 4 kəndində qaz kəsiləcək

Astaranın 4 kəndində qaz kəsiləcək
  26 Avqust 2024    Oxunub:346
Rayon ərazisində yerləşən Ərçivan qaz paylayıcı stansiyadan qidalanan Tüləgivan istiqamətində qaz kəmərinin kipliyə yoxlanılması üçün Tüləgivan, Deqədi, Səlivə və Ojəkəran kəndləri olmaqla ümumilikdə 920 abonentin qaz təchizatının 30 avqust tarixində saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
AzVision.az xəbər verir ki, bu barədə Azəriqaz məlumat verib. Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti