“Azərişıq” Binədə elektrik təsərrüfatını yeniləyir

“Azərişıq” Binədə elektrik təsərrüfatını yeniləyir
  27 Avqust 2024    Oxunub:780
“Azərişıq” ASC ölkənin bütün regionları ilə yanaşı Bakının ətraf kənd və qəsəbələrində də elektrik təsərrüfatını yeniləyir.
AzVision.az -ın quruma istinadən verdiyi məlumata görə, həyata keçirilən yenidənqurma işləri çərçivəsində Xəzər rayonunda nəzərdə tutulan 27 yeni güc mərkəzindən 20-si artıq quraşdırılıb.

Bir sıra komplekt transformator məntəqələrdə (KTM) son tamamlanma işləri həyata keçirilir. Rayonun 45 minə yaxın abonenti olan Binə qəsəbəsinin də elektrik şəbəkəsi yenidən qurulur. Binə qəsəbəsində 9 ədəd yeni güc mərkəzi layihələndirilib. Bunlardan 5-i tamamlanıb, 4-ündə isə tamamlanma işləri görülür.

Binə Sovxoz ərazisində də tələbata uyğun olaraq yeni güc mərkəzi yaradılır. Qəsəbədə 0,4 və 6 kV-luq elektrik xətləri yenisi ilə əvəzlənir, izolyasiyalı naqillər çəkilir, müasir tipli dayaqlar əkilir, köhnə sayğaclar yenilənir. Bir sıra ərazilərdə elektrik enerjisinin verilişində yaranan çətinliklərin aradan qaldırılması üçün 6/10 kV-luq hava xətlərində təmir işləri aparılır.

Abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi və elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC yenidənqurma işlərini ölkənin bütün regionlarında, həmçinin Qarabağ və Şərqi Zəngəzurda paralel şəkildə davam etdirir.



AzVision.az



Teqlər:





Xəbər lenti