Dəniz kənarından 10 kq heroin tapıldı

 Dəniz kənarından 10 kq heroin tapıldı
  27 Avqust 2024    Oxunub:270
Keçirilmiş tədbirlər nəticəsində Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində dəniz kənarında bağlama aşkar edilib.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 025 qram narkotik vasitə (10 kq 810 qram “heroin”, 5 kq 215 qram “metamfetamin”) aşkar olunaraq götürülüb.

Ehtimal olunur ki, aşkar olunmuş narkotik vasitə 25 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil qaçaqmalçı qrup tərəfindən dənizə atılmış bağlamadır. Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti