Xaricdə təhsil şirkətləri ilə bağlı xəbərdarlıq

   Xaricdə təhsil şirkətləri ilə bağlı xəbərdarlıq
  27 Avqust 2024    Oxunub:1098
Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.
Bu barədə AzVision.az -a agentlikdən verilən məlumatda bildirilib. Qeyd edilib ki, iddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Qaynar xətt” xidmətinə (146-8) və ya [email protected] ünvanına məlumat verməkləri xahiş edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti