Durovun Fransada saxlanma müddəti 48 saat uzadılıb

Durovun Fransada saxlanma müddəti 48 saat uzadılıb
  27 Avqust 2024    Oxunub:251
Teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun Fransada həbs müddəti 48 saat uzadılıb.
AzVision.az xəbər veri ki, bu müddət başa çatdıqdan sonra hakimlər Durovu ya sərbəst buraxa, ya da ona qarşı ittiham irəli sürərək həbs edə bilər.

Durovun həbsi “Telegram”ın reytinqini artırıb
KİV-in məlumatına görə, biznesmeni 20 ilə qədər həbs cəzası gözləyə bilər. Qeyd edək ki, Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb. Onun Fransaya Azərbaycandan gəldiyi məlum olub.

Fransa mətbuatının yazdığına görə, Fransa vətəndaşlığı olan Durov ölkədə axtarışda olanlar siyahısında olub. Paris prokurorluğundan verilən açıqlamaya görə, o, terrorizm, fırıldaqçılıq və narkotik ticarəti ilə bağlı cinayətlərdə iştirakda ittiham edilir.

Fransa prezidenti Emmanuel Makron söz azadlığının pozulması ilə bağlı ittihamlar fonunda Durovun həbsinin siyasi qərar olmadığını, bunun məhkəmə istintaqı çərçivəsində həyata keçirildiyini və hökmü hakimlərin verəcəyini əlavə edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   PavelDurov   Fransa   Rusiya  





Xəbər lenti