Neftçilər prospekti bağlanacaq

   Neftçilər prospekti bağlanacaq
  27 Avqust 2024    Oxunub:233
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıqla əlaqədar Bakının bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AzVision.az -a verilən məlumata görə, avqustun 27-si saat 24:59-dan, avqustun 28-i saat 05:45-dək yerüstü piyada keçidinin quraşdırılması ilə bağlı Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 13-15 sentyabr aralığında təşkil olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti