Kamran Əliyev Şəkidə vətəndaşları qəbul edib - FOTO

Kamran Əliyev Şəkidə vətəndaşları qəbul edib -    FOTO
  27 Avqust 2024    Oxunub:259
Baş prokuror Kamran Əliyev avqustun 27-də Şəki rayon prokurorluğunun inzibati binasında Şəki, Oğuz, Mingəçevir və digər bölgələrdən vətəndaşları qəbul edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a məlumat verilib ki, qəbulda iştirak edən 39 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib

AzVision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti