Bayramov: "Sülh sazisi üçün əsas əngəl Ermənistanın ərazi iddialarıdır"

      Bayramov:    "Sülh sazisi üçün əsas əngəl Ermənistanın ərazi iddialarıdır"
  27 Avqust 2024    Oxunub:299
"Azərbaycan bölgədə davamlı sülh üçün tarixi şansın olduğunu hesab edir".
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada birgə mətbuat konfransında deyib.

"Azərbaycan tərəfi Ermənistan a sülh sazişinin layihəsini, 5 baza prinsiplərini təqdim edib. Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan öz konstitusiyasında və bir sıra digər normativ hüquqi aktında Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Eyni zamanda, bu da sirr deyil ki, Ermənistanın Türkiyəyə qarşı da ərazi iddiaları mövcuddur. Hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır", - nazir vurğulayıb.

Nazir həmçinin İğdır-Naxçıvan qaz xəttinin inşasının tezliklə tamamlanacağını diqqətə çatdırıb.

"İki ölkənin enerji sahəsində həyata keçirdiyi layihələr bütün Avrasiya məkanın enerji xəritəsini dəyişdirir", - o deyib.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   Ermənistan   sülh-sazişi  





Xəbər lenti