COP29-un Təşkilat Komitəsi Bakı Olimpiya Stadionuna baş çəkib - FOTOLAR

   COP29-un Təşkilat Komitəsi Bakı Olimpiya Stadionuna baş çəkib -    FOTOLAR
  27 Avqust 2024    Oxunub:244
Prezident Administrasiyasının rəhbəri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi altında Təşkilat Komitəsinin bir sıra üzvü Bakı Olimpiya Stadionuna baş çəkib.
AzVision.az xəbər verir ki, əvvəlcə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlıq prosesinin gedişatı barədə təqdimat keçirilib.

Prezident Administrasiyasının rəhbəri və onu müşayiət edən şəxslər Mavi və Yaşıl zonalar, o cümlədən Liderlər Sammiti, ölkə pavilyonları, plenar zallar, əlavə tədbirlər, media üçün ayrılmış məkan və digər məntəqələrə baxış keçirib, infrastrukturun qurulması üzrə aparılan işlərlə tanış olublar.

Sonda Təşkilat Komitəsinin sədri Samir Nuriyev aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.

AzVision.az

Qalereya




Teqlər: COP29  





Xəbər lenti