Əbülfəs Qarayev lisenziya verdi - Siyahı

Əbülfəs Qarayev lisenziya verdi - Siyahı
  12 İyul 2014    Oxunub:1379
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may və iyun ayı ərzində bir sıra mehmanxanalara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2006-ci il tarixli "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə Qərar"ına uyğun olaraq, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may və iyun ayları ərzində aşağıda adları göstərilən yerləşdirmə obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib:

1. "Qusar Olimpik" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Qusar şəhəri, Aşağı Ləyər yolu; 03.06.2014-cü il tarixli, qeydiyyat nömrəsi 516, seriya №-si 079733; faktiki ünvan: "Qusar Olimpik" mehmanxanası, Qusar şəhəri, Aşağı Ləyər yolu).

2. Fiziki şəxs Qibləliyeva Məhluqə Nəcəf qızına (hüquqi ünvanı: Bakı şəhəri, V. Muradov küçəsi, ev 25, mənzil 1; 12.11.2012-ci il tarixli, qeydiyyat nömrəsi 383, seriya №-si 079734; faktiki ünvan: "Karvan Palace" mehmanxanası, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi, 2 D).

3. "Panorama Villa Lux" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, ev 7, mənzil 22; 30.05.2014-cü il tarixli, qeydiyyat nömrəsi 517, seriya №-si 079735; faktiki ünvan: "Panorama Villa Lux" mehmanxanası, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12-ci km, 12).

4. "GİLAN" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Z. Əliyeva prospekti, ev 38, mənzil 7; 12.11.2012-ci il tarixli, qeydiyyat nömrəsi 386, seriya №-si 079751; faktiki ünvan: "Qafqaz Sport Hotel" mehmanxanası, Qəbələ şəhəri, E. Kərimov küçəsi, 36) surəti.

5. Fiziki şəxs İfraimov Oktay Qavriloviçə (hüquqi ünvanı: Quba rayonu, Qırmızı Sloboda qəsəbəsi, G. Əsədov küçəsi, ev 58; 13.06.2014-cü il tarixli, qeydiyyat nömrəsi 518, seriya №-si 079752; faktiki ünvan: "Admiral" mehmanxanası, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi, 39).

6. "Aynur" kiçik müəssisəsinə (hüquqi ünvanı: Quba şəhəri, Səkinə xanım küçəsi, ev 19; 13.06.2014-cü il tarixli, qeydiyyat nömrəsi 519, seriya №-si 079753; faktiki ünvan: "Aynur" istirahət zonası, Quba şəhəri, Quba-Qəçrəş yolunun sol tərəfində).

7. Fiziki şəxs Fərhadov Bayram Şirin oğluna (hüquqi ünvanı: Xaçmaz rayonu, Müqtədir qəsəbəsi; 24.06.2014-cü il tarixli, qeydiyyat nömrəsi 520, seriya №-si 079754; faktiki ünvan: "Xan Çinar" mehmanxanası, Xaçmaz rayonu, Seyidlikəndyeri kəndi).

8. Fiziki şəxs Rəhimov Rəhman Seyfəl oğluna (hüquqi ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 27, mənzil 11; 20.06.2014-cü il tarixli, qeydiyyat nömrəsi 521, seriya №-si 079755; faktiki ünvan: "Cənnət Məkan" istirahət mərkəzi, Göy-Göl rayonu, Toğanalı kəndi).

9. "Qazax Olimpik" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Qazax rayonu, Xanlıqlar kəndi; 20.06.2014-cü il tarixli, qeydiyyat nömrəsi 522, seriya №-si 079756; faktiki ünvan: "Qazax Olimpik" mehmanxanası, Qazax rayonu, Xanlıqlar kəndi).

10. Fiziki şəxs Əsgərov Zahir Rəhim oğluna (hüquqi ünvanı: Gəncə şəhəri, D.Qorqud küç., ev 19. mənzil 2; 25.06.2014-cü il tarixli, qeydiyyat nömrəsi 523, seriya №-si 079757; faktiki ünvan: "Bala Narzan" istirahət mərkəzi, Gədəbəy rayonu, Slavyanka kəndi).

11. "Asnaf Sənaye Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 18; 27.06.2014-cü il tarixli, qeydiyyat nömrəsi 524, seriya №-si 079758; faktiki ünvan: "Asnaf Apart Hotel" mehmanxanası, Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, 30).


Teqlər:  





Xəbər lenti