Diaspor fəalı: "Ölkəmizdəki demokratik seçki mühiti var"

   Diaspor fəalı:    "Ölkəmizdəki demokratik seçki mühiti var"
  28 Avqust 2024    Oxunub:789
“Azərbaycanın demokratik seçki ənənələri sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərin beynəlxalq standartlara uyğun olacağını və digər ölkələr üçün şəffaf seçki nümunəsinə çevriləcəyini deməyə əsas verir”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədr müavini, diaspor fəalı Azər Mustafayev deyib.

Diaspor fəalı qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlılar Azərbaycanda baş verən prosesləri yaxından izləyir: “Prezident seçkilərindən fərqli olaraq, parlament seçkilərində xaricdə yaşayan azərbaycanlılar iştirak etmir. Lakin seçki prosesini yaxından izləyirik. Ölkəmizdəki demokratik standartlara uyğun seçki mühiti mövcuddur. Bu, sentyabrın 1-də ədalətli və şəffaf səsvermə prosesinin keçiriləcəyinə, seçicilərin öz iradəsini sərbəst şəkildə ifadə edəcəyinə əminlik yaradır”.

A.Mustafayev bildirib ki, sentyabrın 1-i azad olunmuş ərazilərdə parlament seçkiləri ilə bağlı ilk səsvermə prosesinin keçiriləcəyi gün olaraq, Azərbaycan tarixinə düşəcək.
AzVision.az



Teqlər:





Xəbər lenti