Amfibiya təyyarəsi Balıkesir-Edremitdə meşədəki yanğınlara cəlb edilib
29 Avqust 2024
Oxunub:748
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib. Bildirilib ki, ötən gün ərzində təyyarə Balıkesir-Edremit istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.