Bu il hərraclarında 4.8 milyard dollar satılıb

Bu il hərraclarında 4.8 milyard dollar satılıb
  29 Avqust 2024    Oxunub:808
2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 62 valyuta hərracında 4 milyard 795.2 ABŞ dolları satılıb.
AzVision.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-avqust aylarında keçirilən valyuta hərraclarında banklara 2 milyard 296.1 milyon ABŞ dolları satılıb.

Cari ilin avqust ayında keçirilən 9 valyuta hərracında isə valyuta satışının məbləği 649.1 milyon dollar təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti