Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olundu

Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olundu
  29 Avqust 2024    Oxunub:883
29 avqust saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, hadisə nəticəsində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib. Bildirilib ki, bu istiqamətdə qatarların hərəkəti qrafik üzrə təmin olunub.

Qeyd edək ki, hadisə nəticəsində həmin sahədə yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilmiş və yanğın qısa müddət ərzində söndürülüb. Hazırda dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti