Tədbirlər çərçivəsində ikitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədilə keçirilən B2B (Biznesdən biznesə) formatlı görüşlərdə ölkənin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın regionları, yay və qış mövsümü haqqında məlumat təqdim olunub.
Bundan əlavə, xarici turizm sənayesi nümayəndələrinə Azərbaycanda mövcud olan sağlamlıq turizm obyektləri və müalicəvi kurortlar, dağ-xizək mərkəzləri, eləcə də digər turizm məhsulları haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Özbəkistan, Qazaxstan, Rusiya və Belarusdan ümumilikdə Azərbaycana 527 785 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20%-dən çox artımdır.
AzVision.az