ISW: “Ukraynanın Kursk vilayətinə hücumu uğursuz oldu”

   ISW: “Ukraynanın Kursk vilayətinə hücumu    uğursuz    oldu”
  29 Avqust 2024    Oxunub:749
Əgər Ukraynanın Rusiyanın Kursk bölgəsinə hərbi müdaxiləsi diqqəti yayındırmağa yönəlik bir bir manevr idisə, deməli, bu addım “uğursuzluğa” düçar olub.
AzVision.az xəbər verir ki, Ukraynanın Donetsk vilayətində yaşanan son hadisələr fonunda “Forbes” nəşri belə iddia səsləndirib.

“Rusiya qoşunları Pokrovskda hücumlarını davam etdirirlər və Ukrayna Silahlı Qüvvələrinin bu istiqaməti gücləndirmək üçün çoxlu ehtiyatı yoxdur, çünki onların çoxu Kursk vilayətinə göndərilib. Rusiya öz qüvvələrini Donbassdan köçürmədi və onun irəliləməsi daha da sürətləndi.

Pokrovskı müdafiə edən altıya yaxın Ukrayna briqadasının sayı təxminən iki dəfə azdır. Kömək olmasa, Pokrovskı təslim etməkdən başqa onların çarələri qalmaya bilər”,
- nəşr vurğulayır.

“Conflict Intelligence Team (CIT)” mərkəzinin analitikləri bildiriblər ki, Kursk vilayətinə hücum nəinki bəzi Rusiya qüvvələrinin Donetskdən köçürülməsinə səbəb olmayıb, əksinə bu regionda Ukrayna qoşunlarının çatışmazlığını daha da gücləndirib.

- Biz Novoqrodovka şəhərinin yaxın günlərdə alınacağını güman etsək də, rus qoşunlarının irəliləmə tempi gözləntilərimizi üstələdi, onlar şəhərə yaxınlaşdıqca irəliləməyi nəinki yavaşıtmadılar, hətta sürətləndirdilər”, - mərkəzin ekspertləri bildiriblər.

Onların fikrincə, əgər Rusiya Pokrovski ələ keçirsə, bütün şərq cəbhə xətti boyunca Ukrayna müdafiəsini zəiflədə bilər ki, bu da Moskvanın daha geniş hücumu üçün kritik şərt olacaq. Bu, son nəticədə Rusiyanın Ukraynanın Donetsk bölgəsini tam şəkildə ələ keçirilməsinə səbəb ola bilər.

Ukraynanın “Frontelligence Insight” analitik mərkəzinin ekspertləri isə Donetsk vilayətində yaranmış ağır vəziyyətin aradan qaldırılması üçün Kiyevin bir neçə variantı olduğuna diqqət çəkiblər.

“Ukrayna rəhbərliyinin cəbhə xəttində vəziyyəti sabitləşdirmək üçün bir neçə variantı var: yeni yaradılmış briqadaların yeridilməsi, qüvvələrin Kursk və Xarkov bölgələrindən köçürülməsi və ya batalyonların daha sabit cəbhələrdən çıxarılması. İndi Ukrayna komandanlığının bu addımları atıb-atmayacağını görmək qalır”, - mərkəzin analitikləri vurğulayıblar.

Kiyev Qərbi Rusiyadan qorxmaqda ittiham edib
Qeyd edək ki, dünən axşam Ukrayna prezidenti Vladimir Zelenski xalqa video-müraciətində Pokrovski istiqamətində “son dərəcə çətin vəziyyət” yarandığını açqılayıb. “Forbes” nəşri bunu “Ukrayna liderlərinin nəhayət Pokrovski istiqamətində güc balansının aktuallığını anlamağa başladığının” əlaməti kimi qiymətləndirir.

Amma Ukraynanı Rusiya ilə nəinki genişmiqyaslı müharibə avantürasına sürükləyənlər, hətta Kiyevi Kursk vilayətinə hücuma təhrik edənlər bu həqiqəti etiraf etmək fikrində deyillər. Çünki kollektiv Qərbin geosiyasi maraqlarının reallaşdırılması naminə Ukraynanın nə qədər insan qurban verəcəyi və ərazi itirəcəyi onlar üçün heç bir əhəmiyyət kəsb etmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Kursk   iflas  





Xəbər lenti