"Formula 1"lə əlaqədar bəzi küçələrdə hərəkət dayandırılır

   "Formula 1"lə əlaqədar bəzi küçələrdə hərəkət dayandırılır
  29 Avqust 2024    Oxunub:759
İstiqlaliyyət küçəsi və onunla kəsişən küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AzVision.az -a verilən xəbərə görə, "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024"ə hazırlıq çərçivəsində 29 avqust saat 23:59-dan etibarən İstiqlaliyyət küçəsinin Məmməd Əfəndiyev, Murtuza Muxtarov, Adil Babayev və Zərgərpalan küçələri ilə kəsişmələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Məhdudiyyətlər yarışların sona çatmasınadək qüvvədə olacaq.

"Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024" 13-15 sentyabr tarixlərində keçiriləcək.

AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti