Sabah paytaxtın bu rayonunda qaz kəsiləcək

Sabah paytaxtın bu rayonunda qaz kəsiləcək
  29 Avqust 2024    Oxunub:735
Bakının Səbail rayonunun Nizami küçəsində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
"Azəriqaz"dan AzVision.az -a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Səbail rayonunun Nizami, Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli, 28 May küçələrinin və Azadlıq prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az


Teqlər: qaz   məhdudiyyət  





Xəbər lenti