İsmayıllıda narkotik alverçiləri saxlanılıb

 İsmayıllıda narkotik alverçiləri saxlanılıb
  30 Avqust 2024    Oxunub:637
İsmayıllıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Eldar Abbasov və Əcəb İsmayılovu saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb.

Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti