BQKX: Bu il 1400-dən çox itkin ailəsi ilə əlaqə saxlanılıb

     BQKX:    Bu il 1400-dən çox itkin ailəsi ilə əlaqə saxlanılıb
  30 Avqust 2024    Oxunub:672
BQXK-nın itkin ailələri arasından seçərək psixososial, hüquqi və tibbi dəstək göstərmək üçün təlim keçdiyi sirdaşlar 2024-cü ilin birinci yarısında 1400-dən çox itkin ailəsi ilə əlaqə saxlayıb.
Bu barədə AzVision.az -a Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) məlumat verilib. Qeyd olunub ki, eyniləşdirilərək nəşi ailələrinə qaytarılmış insanların yas mərasimləri zamanı onların ailə üzvlərini 350 dəfədən çox ziyarət edib.

Məlumatda bildirilib ki, hazırda ailələrin BQXK-ya verdikləri məlumata əsasən, regionda münaqişə ilə əlaqədar 4000-ə yaxın azərbaycanlı və 1000-ə yaxın erməni itkin hesab edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti