Zakir Həsənov Yaşar Gülerlə regionu müzakirə ediblər

   Zakir Həsənov Yaşar Gülerlə regionu müzakirə ediblər
  30 Avqust 2024    Oxunub:650
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-polkovnik Z.Həsənov qardaş ölkənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə türkiyəli həmkarını təbrik edib.

Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti