Diaspor nümayəndəsi: “Azərbaycandakı seçkilərin region üçün böyük əhəmiyyəti var”

   Diaspor nümayəndəsi:    “Azərbaycandakı seçkilərin region üçün böyük əhəmiyyəti var”
  30 Avqust 2024    Oxunub:421
“İndiki parlament seçkilərini bir neçə aspektdə qiymətləndirmək olar. Daxili siyasət baxımından seçkilər idarəetmə sistemində islahatlar və modernləşmə prosesinin davam etdirilməsini simvolizə edir. Yeni qanunverici orqanın formalaşması cəmiyyətin dəyişən tələblərinə uyğunlaşmaq, siyasi və iqtisadi islahatları həyata keçirmək üçün platforma yaradır”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Arxangelsk vilayətində Azərbaycan diasporu” regional ictimai təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımov deyib.

O, qeyd edib ki, Azərbaycan seçkini uğurla keçirməklə demokratik dəyərlərə sadiqliyini bir daha təsdiq edəcək: “Biz digər ölkələrə nümunə olduğumuzu nümayiş etdirəcəyik. Bununla da Azərbaycan tərəqqinin və inkişafın yalnız fikir plüralizmi və dialoq şəraitində mümkün olduğunu bütün dünyaya göstərmiş olacaq. Biz suverenliyimizi tam bərpa etmiş ölkə kimi ilk dəfə parlament seçkiləri keçiririk. Məhz bu amilə görə seçkilər beynəlxalq təşkilatların, seçki institutlarının daha çox diqqət mərkəzində olacaq. Parlament seçkiləri növbəti illərdə bizim milli hədəflərimizin müəyyənləşdirilməsində mühüm rol oynayacaq”.

AzVision.az



Teqlər:





Xəbər lenti