Göygöldə 4 nəfər zəhərləndi: 10 yaşlı uşaq öldü

   Göygöldə 4 nəfər zəhərləndi:    10 yaşlı uşaq öldü
  30 Avqust 2024    Oxunub:1284
30.08.2024-cü il tarixində saat 01:00 radələrində Göygöl rayonu Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) və 3 azyaşlı (2 qadın cinsli, 1 kişi cinsli olmaqla) dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.
Bu barədə AzVision.az -a TƏBİB-dən bildirilib. Məlumata görə, onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

"Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.

İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan ananın vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir", - məlumatda vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti