Suraxanıda yanğın söndürülüb, yol açılıb - YENİLƏNİB

 Suraxanıda yanğın söndürülüb, yol açılıb -  YENİLƏNİB
  30 Avqust 2024    Oxunub:981
Suraxanı rayonu ərazisində baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə AzVision.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

* * *

17:44
Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə AzVision.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

* * *

17:22
Bakının Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.
FHN-in Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

* * *

17:02
Bakı şəhərinin Suraxanı rayonu ərazisində baş verən yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.

* * *

15:35
Suraxanı rayonu, “Əfsun” şadlıq sarayının yaxınlığında baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi- Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

AzVision.az


Teqlər: hadis   yanğın  





Xəbər lenti