ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır

ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
  30 Avqust 2024    Oxunub:400
Suraxanı rayonu ərazisində baş verən yanğınla bağlı ETSN-in əməkdaşları hazırda ərazidə monitorinq işləri aparır.
AzVision.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti