İrandan ölkəyə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

İrandan ölkəyə narkotik keçirilməsinin qarşısı alınıb -    FOTO
  30 Avqust 2024    Oxunub:562
“Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 068 qram narkotik vasitə marixuananın və 1488 ədəd metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Avqust ayının 26-da saat 08:40-da “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram 520 qram narkotik vasitə marixuana və 1488 ədəd metadon M-40 həbinin, avqust ayının 30-da saat 01:40-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 12 kiloqram 548 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirilməsinin qarşısı alınıb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: cinayət   narkotika   DSX  





Xəbər lenti