QHT sədri: “Keçmiş məcburi köçkünlər seçkiyə tarixi hadisə kimi yanaşırlar”
O qeyd edib ki, keçmiş məcburi köçkünlər bu seçkini çoxdan gözləyirdilər: “İlk dəfədir ki, parlament seçkilərini Azərbaycanın bütün guşələrində keçiririk. Əlbəttə, buna inanır, nə vaxtsa Xankəndidə də seçki qutularını quraşdıracağımıza ümid edirdik. Artıq bu arzu və xəyal deyil, reallıqdır. Qarabağda barıt qoxusu yox, seçki ab-havası var. QHT nümayəndələri də seçkilərdə aktiv olacaqlar. Parlament seçkilərində bütün respublika üzrə müşahidə aparmaq üçün vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən minlərlə müşahidəçi qeydiyyatdan keçib. Yəni, biz də bu tarixi anlara öz töhfəmizi verəcəyik. Ümid edirəm ki, seçkilərə azad olunmuş ərazilərdə daha böyük maraq olacaq. Çünki keçmiş məcburi köçkünlər bu prosesə tarixi hadisə kimi yanaşırlar”.
AzVision.az
Teqlər: