Türkiyə səfirliyində Zəfər Bayramı qeyd olunur

Türkiyə səfirliyində Zəfər Bayramı qeyd olunur
  30 Avqust 2024    Oxunub:494
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir.
AzVision.az "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu oxuyub. Məktubda bildirilib ki, böyük və güclü Türkiyə ideologiyası addım-addım həyata keçirilir:

"Bu gün dünəndən daha güclüyük. Sabah daha güclü olacağıq. Ədalətin höküm sürdüyü dünya nizamını da təsis edəcəyimizə inanıram".

Tədbirdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov fəxri qonaq qismində iştirak edir. Qonaqlar arasında VI çağırış Milli Məclis deputatları, Türkiyə şirkətlərinin nümayəndələri və azərbaycanlı ictimai xadimlər yer alırlar.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   bayram   tədbir  





Xəbər lenti