İdmançımız Olimpiadada finala vəsiqə qazanıb

İdmançımız Olimpiadada finala vəsiqə qazanıb
  30 Avqust 2024    Oxunub:682
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən "Paris-2024" Yay Paralimpiya Oyunlarında yarımfinal görüşündə özbəkistanlı rəqibi Javokhir Alikulovla qarşılaşıb.
AzVision.az xəbər verir ki, 70 kq çəki dərəcəsinə malik idmançımız rəqibinə 7:2 hesabı ilə qalib gəlib.

O, finala vəsiqə qazanaraq, özü üçün ən azı gümüş medalı sığortalayıb.

Paralimpiada sentyabrın 8-də yekunlaşacaq.

AzVision.az


Teqlər: idman   Paris-2024  





Xəbər lenti