"Formula 1"ə görə daha bir neçə yolda hərəkət məhdudlaşdırılacaq

"Formula 1"ə görə daha bir neçə yolda hərəkət məhdudlaşdırılacaq
  30 Avqust 2024    Oxunub:658
31 avqust saat 08:00-dan etibarən axşam saatlarınadək Xaqani küçəsi - Bülbül prospekti kəsişməsindən Puşkin kəsişməsinədək nəqliyyata məhdudiyyət tətbiq olunacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AzVision.az -a verilən məlumata görə, Əziz Əliyev küçəsi, İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti kəsişməsindən Əziz Əliyev Neftçilər prospekti kəsişməsinə qədər hissədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Formula 1" Azərbaycan Qran Prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.

AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti