"Araz Naxçıvan" "Sumqayıt"a qalib gəlib

"Araz Naxçıvan" "Sumqayıt"a qalib gəlib
  30 Avqust 2024    Oxunub:682
Azərbaycan Premyer Liqasında V turun növbəti oyunu keçirilib.
AzVision.az xəbər verir ki, "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 56-cı dəqiqə Miço Kuzmanoviç vurub.

"Araz-Naxçıvan" qələbə sayəsində 7 xalla turnir cədvəlində üçüncü yerə yüksəlib. "Sumqayıt" isə 6 xalla altıncı pilləyə enib.

Günün ilk oyununda isə "Turan Tovuz" "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

Tura sentyabrın 1-də yekun vurulacaq.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti