Magistral yolun kənarında yanğın oldu - VİDEO

Magistral yolun kənarında yanğın oldu -  VİDEO
  31 Avqust 2024    Oxunub:480
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yol kənarında baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təxminən 500 kv.m. sahədə kol-kos və qamışlıq yanıb. Ətraf ərazilər, o cümlədən ağaclar yanğından mühafizə olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti