Putin Kubanı ABŞ blokadasından qurtaracaq

Putin Kubanı ABŞ blokadasından qurtaracaq
  12 İyul 2014    Oxunub:878
Latın Amerika ölkələrinə səfərini Kubadan başlayan Rusiya prezidenti Vladimir Putin bu ölkə ilə bir sıra sazişlər imzalayıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Putin ABŞ-tərəfindən tətbiq olunan qeyri-qanuni blokadanın aradan qaldırılması üçün Kubaya yardım göstərəcyini bildirib.

“Qeyri-qanuni blokadanın aradan qaldırılması üçün kubalı dostlarımıza yardım edəcəyik”- deyə, Putin Kuba nazirlər şurasının sədri Raul Kastro ilə görüşün yekunlarına dair təşkil olunan mətbuat konfransında bildirib.

Putin həmçinin Kuba inqilabının lideri Fidel Kastro ilə görüşüb. Bir saata qədər davam edən görüşdə tərəflər beynəlxalq siyasi və iqtisadi məsələləri müzakirə ediblər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti