Azərbaycan paraüzgüçüsü finalda

   Azərbaycan paraüzgüçüsü finalda
  31 Avqust 2024    Oxunub:421
Azərbaycan paraüzgüçüsü Raman Saley “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
AzVision.az xəbər verir ki, S12 kateqoriyasında çıxış edən Paralimpiya çempionu 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb.

Finişə 1 dəqiqə 1,29 saniyə ilə birinci çatan paraüzgüçü finala vəsiqəni təmin edib. Final mərhələsi Bakı vaxtı ilə 19:30-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti