Məzahir Pənahov: 112 min 749 yerli müşahidəçi qeydə alınıb

   Məzahir Pənahov:    112 min 749 yerli müşahidəçi qeydə alınıb
  31 Avqust 2024    Oxunub:386
"112 min 749 yerli müşahidəçi qeydə alınıb".
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında sədr Məzahir Pənahov deyib.

O qeyd edib ki, onların 65 mindən çoxu siyasi partiyaların musahidəciləridir.

Onun sözlərinə görə, 990 nəfər deputatlığa namizədin 305 nəfəri siyasi partiyaların namizədləridir.

O qeyd edib ki, 371 nəfərin isə siyasi partiya mənsubiyyəti olsa da, bitərəf namizəd kimi qatılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti