İdmançımız Olimpiadada gümüş medal qazanıb

   İdmançımız Olimpiadada gümüş medal qazanıb
  31 Avqust 2024    Oxunub:378
Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən "Paris-2024" Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.

Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.

O, "Rio-2016"nın gümüş, "Tokio-2020"nin ikiqat qızıl mükafatçısıdır.

AzVision.az


Teqlər: idman   Paris-2024  





Xəbər lenti