Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək

   Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək
  01 Sentyabr 2024    Oxunub:292
Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkilərdə təcili yardım hər bir çağırışa çevik cavab vermək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
TƏBİB-dən verilən məlumatda qeyd olunub ki, seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmətə tam hazır vəziyyətə gətirilib.

Bununla əlaqədar, artıq cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti