Şimal və Qərb bölgəsində səsvermə seçici fəallığı şəraitində keçirilir

   Şimal və Qərb bölgəsində səsvermə seçici fəallığı şəraitində keçirilir
  01 Sentyabr 2024    Oxunub:1536
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər şimal bölgəsində altı rayonu əhatə edən 7 seçki dairəsi üzrə təşkil olunub.
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarını əhatə edən dairələr üzrə ümumilikdə 429 məntəqədə səsvermə keçirilir. Seçicilər yeddi seçki dairəsi üzrə namizədliyi qeydə alınan 53 namizəd arasında seçim edirlər. Şimal bölgəsi üzrə səsvermə hüququ olan 345 min 248 seçici qeydiyyata alınıb.

Şəki-Zaqatala bölgəsində də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərə start verilib. Səhər saat 8.00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 8 seçki dairəsinin 439 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb.

Səsvermənin şəffaf və demokratik keçməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, o cümlədən etibarlı rabitə sistemi və elektrik generatorları ilə təmin olunub. Bu dairələr üzrə seçkilərin gedişini 6 min 815 nəfər yerli müşahidəçi, həmçinin beynəlxalq təşkilatların nümayəndələri izləyirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti