Şəhid anası vəfat etdi

   Şəhid anası vəfat etdi
  01 Sentyabr 2024    Oxunub:293
Şəhid Rəsul Sadiqov Həşim oğlunun anası Elnarə Sadiqova vəfat edib
AzVision.az xəbər verir ki, şəhid anası xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Xatırladaq ki, Sadıqov Rəsul Həşim oğlu 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib.
44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mehdiabadda dəfn olunub.

Rəsul Sadiqov ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti