Kamran Əliyev seçici hüququndan istifadə edib

   Kamran Əliyev seçici hüququndan istifadə edib
  01 Sentyabr 2024    Oxunub:350
Baş prokuror Kamran Əliyev növbədənkənar parlament seçkilərində səs verib.
Baş prokuror 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 15-ci seçki məntəqəsində səs verib.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

AzVision.az


Teqlər:





Xəbər lenti