Prezident: Slovakiya ilə əlaqələr dinamik inkişaf yolundadır

      Prezident:    Slovakiya ilə əlaqələr dinamik inkişaf yolundadır
  01 Sentyabr 2024    Oxunub:1042
Bu gün Azərbaycan ilə Slovakiya arasında əlaqələr dinamik inkişaf yolundadır.
Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqriniyə bu ölkənin milli bayramı – Konstitusiya Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Enerji sahəsində səmərəli birgə fəaliyyətin digər sahələr və istiqamətlər üzrə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edən Azərbaycan Prezidenti bildirib: “İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Slovakiya dostluq əlaqələrinin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti