Sergey Xomenko: Qarabağda olan tərəqqi göz qabağındadır

      Sergey Xomenko:    Qarabağda olan tərəqqi göz qabağındadır
  01 Sentyabr 2024    Oxunub:961
Bu gün Azərbaycanda əsl bayramdır. Artıq partiyaların nümayəndələri, hüquq ictimaiyyəti, tələbələr və hərbçilərlə ünsiyyət qura bilmişəm. Onların hamısı Azərbaycan Milli Məclisinə seçkilərlə bağlı hər bir Azərbaycan Respublikası vətəndaşının üzərinə düşən məsuliyyəti dərk edərək, bu günü xalqın iradəsinin səmimi ifadəsi günü kimi gözləyirdi.
Bu sözləri Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko deyib.

“Bu məsuliyyət dərəcəsi kontekstində hər kəs deyirdi ki, Azərbaycanın əsl vətənpərvərləri parlamentdə təmsil olunmalıdır. Çox rəmzidir ki, biz indi hərbi əməliyyatlardan sonra bərpa olunan ərazidəyik. Qarabağ torpağında olan tərəqqi göz qabağındadır. Biz hazırda gözəl məktəb binasındayıq, axı təhsil ocağı respublikanın gələcəyinin formalaşdığı yerdir. Belə bir binada olan vətəndaşlar dövlətin onlara qayğı göstərdiyini, millət vəkillərinin isə xalqın iradəsinin əsl bələdçiləri olduğunu daim xatırlayacaq.

Biz təşkilatçılığın perspektivli dərəcəsini görürük. Baş çəkdiyimiz bütün seçki məntəqələri Azərbaycan Seçki Məcəlləsinə uyğun avadanlıqla təchiz olunub, ictimai asayiş təmin edilib. Bakıdan Füzuliyə qədər bütün yolboyu insanların bayram əhvali-ruhiyyəsini, istənilən dövlətdə seçki günü hökm sürməsi lazım olan nizam-intizamı müşahidə etdik”, -deyə S.Xomenko vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti