Azad edilmiş ərazilər üzrə seçici fəallığı açıqlanıb

   Azad edilmiş ərazilər üzrə seçici fəallığı açıqlanıb
  01 Sentyabr 2024    Oxunub:281
Bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində azad edilmiş ərazilərdə saat 17:00-a olan seçici fəallığını açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib.

O bildirib ki, azad edilmiş ərazilərdə bu saata seçici fəallığı aşağıdakı kimidir:

118 saylı Ağdam-Xocalı – 38,76%

119 saylı Ağdam – 38%

120 saylı Cəbrayıl-Qubadlı – 46,89%

121 saylı Laçın – 39,93%

122 saylı Xankəndi – 49,48%

123 saylı Kəlbəcər – 36,28%

124 saylı Şuşa-Ağdam-Xocavənd – 44,36%

125 saylı Zəngilan-Qubadlı – 43,7%.

AzVision.az


Teqlər: seçkilər  





Xəbər lenti