"Exit-poll" nəticələri göstərir ki, YAP inamlı qələbə qazanıb"

 "Exit-poll" nəticələri göstərir ki, YAP inamlı qələbə qazanıb"
  01 Sentyabr 2024    Oxunub:323
"Exit-poll"un nəticələri göstərir ki, Yeni Azərbaycan Partiyası seçkilərdə inamlı qələbə qazanıb".
Bu sözləri növbədənkənar parlament seçkilərində “exit-poll” keçirən Sosioloji Tədqiqatlar Mərkəzinin direktoru Natalya İsayeva mətbuat brifinqində deyib.

O bildirib ki, 75 seçki dairəsi üzrə 750 seçki məntəqəsində "exit-poll" keçirilib. "Exit-poll" 136 min 520 nəfəri əhatə edib. Statistik səhv 2,3 faiz təşkil edir.

"Yeni Azərbaycan Partiyasının namizədləri 45 seçki dairəsində ən çox səs toplayıb. Bu isə exit-poll keçirilən dairələrin 60%-i deməkdir", - Nataliya İsayeva bildirib.

AzVision.az


Teqlər: seçkilər  





Xəbər lenti