"Qarabağ" "Zirə"yə qalib gəlib

"Qarabağ" "Zirə"yə qalib gəlib
  01 Sentyabr 2024    Oxunub:257
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
Sonuncu matçda "Zirə" "Qarabağ"ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 3:1. Qonaqların heyətində 18-ci dəqiqədə Toral Bayramov, 33-cü dəqiqədə Emmanuel Addai, 88-ci dəqiqədə Abdullah Zubir fərqləniblər. Paytaxt klubunda 40-cı dəqiqədə Ceyhun Nuriyev adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. "Zirə" 6 xalla beşincidir.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti